Ürəyi, yaddaşı möhkəmlədən, qəbizliyi aradan qaldıran meyvə - FAYDALARI

Ən faydalı meyvələrdən olan ərik bir çox orqan və sistemlərin sağlamlığını qoruyur. Ailem.az saglamolun.az-a istinadən əriyin faydalarını sadalayır.

 

1. Kaliumla zəngin olan ərik ürək üçün olduqca faydalıdır. Ürəyin fəaliyyətini yaxşılaşdırır, ödemləri azaldır, arterial təzyiqi və ürək ritmini tənzimləməyə kömək edir.

 

2. Sidikqovucu effektə görə ərik həmçinin böyrəklər üçün də çox faydalıdır.

 

3. Ərik bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır. Bu mənada ərik qurusu xüsusilə effektlidir. Axşamdan 4-5 ərik qurusunu ilıq suda isladın və səhər meyvələri yeyin və suyu için. Bu ziyansız və effektli təbii işlədici dərmandır.

 

4. Beta-karotinlə zəngin olan ərik görməni və dərinin vəziyyətini yaxşılaşdırır.

 

5. Ərik beynin fəaliyyətini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir.

 

6. Ərik qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı faydalıdır.

 

7. Flavonoidlərlə zəngin olan ərik damarların sağlamlığını qoruyur, varikoz xəstəliyi zamanı və bu xəstəliyin profilaktikası üçün çox faydalıdır.

 

8. Qidalı liflər və pektinlə zəngin olan ərik qanda xolesterinin səviyyəsini aşağı salır, orqanizmi ziyanlı maddələrdən təmizləyir.

 

9. Ərikdə olan beta-karotin orqanizmdə A vitamininə çevrilir. A vitamini qocalmanı ləngidən, xroniki xəstəliklərin inkişafından qoruyan ən güclü antioksidant sayılır.

 

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017