O məşhur uşaq artıq böyüyüb: 16 yaşlı modelin FOTOLARI

Bu qızı xatırladınız? Uşaqlıq fotolarını görən kimi tanıyacaqsınız.

 

Thylane Blondeau 4 yaşından bütün dünyada tanınır. Atası Patrik Blondeau futbolçu, anası Veronika Loubry aktrisadır.

 

Thylane 4 yaşından modelliyə başlayıb. İlk dəfə Jean Paul Gaultierin moda nümayişində iştirak edib. Bir çox məşhur markanın reklam siması olub. “Vogue” və “Jalouse” kimi dərgilərin üz qabığında çəkilib.

 

10 yaşında “Vogue Paris” jurnalının üz qabığında çıxan fotosu isə media və reklam aləmində qalmaqal yaratmışdı. Səbəb isə 10 yaşlı uşağın böyüklərə xas geyim və makiyajda olması idi.   

 

Thylane Blondeau artıq 16 yaşındadır. Model kimi fəaliyyət göstərməyə davam edir. 15 yaşında modelliyə başlayan Keyt Mossa bənzədilərək “gələcəyin Keyt Mossu” adlandırılır. Özü isə Ancelina Coli kimi aktrisa olmaq istəyir.  

 

Ailem.az Thylane Blondeaunun fotolarını təqdim edir.

 

 

 

 

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017