İlan itini sancmasın deyə özünü fəda etdi

Amerikanın Arizona ştatındakı Finiks şəhərində yaşayan kişi itini xilas etmək üçün iri ilanın onun özünü sancmasına şərait yaradıb.

62 yaşlı Maykl Siburq evinin həyətindəki hovuzu təmizləyərkən qəribə bir xışıltı səsi eşidib. Məlum olub ki, ilan təmizlik əşyalarının altında gizlənib. O, bu qəribə səslə maraqlanıb və onun mənbəyini axtarmağa çalışıb. Bu məqamda axtarış prosesinə onun iti də qoşulub. İt burnunu ilana tərəf aparanda kişi itini cəld bir hərəkətlə ordan uzaqlaşdırmağa nail olub. Bu məqamda isə ilan onun əlindən çalıb: “Mən bilirdim ki, ilan onu sancacaq, amma qərar verdim ki, iti sancmaq əvəzinə məni sancsa daha yaxşı olacaq”. 


Kişiyə ilk tibbi yardım göstərilib. Onun həyati təhlükəsi yoxdur.

 

Hər il Amerikada zəhərli ilanlar 15 min ev heyvanını zəhərləyirlər. Bu hadisələrin 80 faizində zərərçəkən heyvanları xilas etmək mümkün olmur. İnsanlar üçün ilan sancması nisbətən az təhlükəli sayılır. Əgər qurban iki saat ərzində tibbi yardım görsə, onu rahatlıqla xilas etmək mümkün olur.

 

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017
18 İyul 2017