Şəbnəm Tovuzludan ŞOK AÇIQLAMA: “Anam öləndə hamilə idi, əsl atam isə...”

“Əslində mən Tovuzda doğulmamışam. Anam Tovuzlu, atam Biləsuvarlıdır. Atamla anam tələbə vaxtı Bakıda evləniblər. Mən “Sovetski”də doğulmuşam”.

 

Ailem.az-ın məlumatına görə, bunu ARB-də yayımlanan “Gəlin danışaq” verilişində qonaq olan müğənni Şəbnəm Tovuzlu (Əsədova) deyib. O, həyatı haqqında maraqlı açıqlamalar verib.

 

Həyatını hind filmlərinə bənzədən ifaçı yaş yarımlıq olanda anasını itirdiyini deyib: “Anamın 29 yaşı olanda bətnində körpəsi ilə hamamda qaz sızmasından ölüb. Aparıb Tovuzda dəfn ediblər. Qırxı çıxandan sonra atam, bibilərim məni aparmaq istəyiblər. Amma anamın ailəsi qoymayıb. Deyiblər, cavansan, həyatın hələ qarşıdadı. Anamın xalası 15 il evil olsa da, uşaqları olmurdu. Məni onlar götürüb böyüdüblər. 3 yaşıma kimi atam gəlib görüb məni, ondan sonra qoymayıblar. Amma 15 yaşımda bildim ki, anam xalamdır. Atam üçün heyfislənmədim. Əslində ona çox hirsli oldum. Anam üçün çox ağladım. Hətta əlimi divara vurdum. O iz indi də əlimdə qalır. Atam da ağladı və dedi ki, ömrümü sənə bağlamışam. Atama dedim ki, çox istəyirəm məni məzarlığa aparasan. Əlimdən tutub məzarlığa apardı, orada da ağladım. Amma yenə özümü saxladım ki, onlara bildirməyim. Çünki məni çox gözəl böyüdüblər”.

 

Şəbnəm Tovuzlunun sözlərinə görə, onu əsl atası ilə ilk dəfə keçmiş həyat yoldaşı tanış edib: “Keçmiş yoldaşım hər şeylə maraqlanan insan idi. Mənə deyirdi, sənə heç maraqlı deyil atan kimdir? Bir gün dedi ki, dur, geyin, gedirik. 7 aylıq hamilə idim, çox həyəcan keçirdim. Atamla məni görüşdürdü. Atam məni görən kimi dedi ki, anana çox bənzəyirsən. Atam da olsa, gözəl şəxsiyyət də olsa, öz çevrəsində tanınmış adam da olsa, heç vaxt ona qanım qaynamadı. 2003-cü ildə görüşdük. Artıq 14 ildi onu tanıyıram. Amma “ata” deyə bilmirəm ona, “müəllim” deyirəm. Atam ikinci dəfə evlənib, 3 bacım, 2 qardaşım var. Amma mən məni böyüdən şəxsləri valideynlərim kimi qəbul edirəm. Onların çörəyini itirmərəm".

 

Müğənni birinci əri ilə necə tanış olub ayrılmasından da danışıb. Deyib ki, 18 yaşı olanda Bakıda ailə qurub: “Bakıya xalam oğlunun toyuna gələndə gördük bir-birimizi. Sevərək ailə qurdum, hətta qoşulub qaçdım. 20 günün içində evləndik. Qızım oldu. 4 il evli qaldım. Anlaşılmazlıq üzündən boşandıq. İkimiz də uşaqlıq etdik. Bugünkü həyatıma baxanda peşman deyiləm. Deyirəm, yaxşı ki, boşanmışam. Sevib getməklə deyil. Bir insanla ki, bir evin içində 1 həftə, on gün küsülü qaldın, onun axırı yoxdu. Mən ailə olanda toylara gedirdim. Toylara gedən zaman bundan qısqanclıqlar yaranmağa başladı. Qısqanan insan heç vaxt icazə verməz işləməyə. Cüzi bir qısqanclıqdan ailəmiz dağıldı. Bu sənətdə ayağa qalxmaq üçün mənə Tacir Şahmalıoğlu dəstək oldu. Mənə bu çörəyi verən odur. Ona sonsuz təşəkkür edirəm. Oxumağa başlayanda heç kim istəmirdi müğənni olum. Amma ayrılmışdımsa, uşağımı götürüb atamın üstünə getməzdim. Çox iddialıyam, qarşıma məqsəd qoymuşamsa, etməliyəm. 3-4 il əziyyət çəkdim və bəhrəsini gördüm".

 

 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017
21 İyul 2017