İkiüzlü insan olmağınıza şübhə etmirəm... - MARAQLI

İnsan haqqında elə maraqlı faktlar var ki, onlarla tanış olduqca, təəcüblənməyə bilmirsən. Bir məsələ də var ki, insanın qadir olduğu ilə real həyatdakı fəaliyyətində bəzən çox qəribə uyğunsuzluqlar baş verir.

Ailem.az modern.az-a istinadən mürəkkəb və bir çox hallarda anlaşılmayan insan orqanizmi haqqında yazını təqdim edir.

 

- İnsanın gözləri 10 milyona yaxın rəngi seçməyə qadirdir. Bu imkana baxmayaraq, bəzi insanlar hələ də ağı qaradan seçməyi bacarmırlar.

 

- İnsanın dərisi ömrü boyu 1000 dəfə dəyişərək yenilənir. O cümlədən üz dərisi də. Biz isə deyirik ki, filankəs ikiüzlüdür.

 

- İnsan hər gün 1 litr tüpürcək ifraz edir. Bu 1 litrin qarşısında bir insanın ağzından 1 qram su töküləndə qarşısındakı o dəqiqə əsəbiləşir ki, “bəsdir də ağzının suyunu axıtdın”.

 

- İnsanın bədənində ən güclü əzələ dildir. Yəqin bu gücə görə bəzən dilimizə sahib ola bilmirik.

 

- İnsan beyninə daxil olan informasiyaların sürəti saatda 360 kilometrə bərabərdir. Bu sürətin qarşısında arabir “başım şişdi” deyib şikayətlənməyin mənası yoxdur.

 

- Ağılsız və sərsəm adamlarla müqayisədə ağıllı insanların saçlarında minerallar, sink və mis daha çoxdur. Ağlına şübhə edənlər saçlarını laboratoriyaya verib şübhədən çıxa bilərlər.

 

- İnsanın əl dırnaqları ayaq dırnaqlarından 4 dəfə daha tez uzanır. Ancaq bu heç də o demək deyil ki, əl dırnaqları ilə insanlar çırmaqlaşmalıdırlar.

 

- Uzunluq vahidi ilə hesablasaq, orta yaşlı insaı bədənində sinirlər təxminən 75 kilometrdir. Ancaq nə faydası, ən adi şeylərə belə əsəbləşirik.

 

- İnsan asqıranda onun ağzından çıxan tüpürcək damcıları saatda 161 kilometr sürətilə yayılır. Əgər belədirsə niyə bəzi insanlar asqırarkən ağızlarını dəsmalla tutmurlar?

 

- İnsan ürəyinin çəkisi 220-260 qrama bərabərdir. Əgər insan bu kiçik kütlənin qayğısına qala bilmirsə hansı qayğıkeşlikdən danışa bilər?

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017