Dünyanın ən bahalı şaurması hazırlandı: timsah əti, qızıl...

Dünyanın ən bahalı şaurmasını (Wrap) Litvada hazırlayıblar. Bu barədə “madeinvilnius.lt” portalı məlumat verib. Yemək fastfood olsa da, onu hazırlayan komandanın fikrincə, bu şaurma əla keyfiyyətlidir. Çünki onun hazırlanmasında timsah ətindən, yüksək əyarlı yeməli qızıl və trüfeldən istifadə edilib. Menyuda bu yemək “Lavish croco lavash aka Robin Hood” adlanır və qiyməti 28,89 avrodur.

 

Onu hazırlayan Karolis Yaruşyaviçyus qeyd edib ki, qiyməti baha olan bu ekzotik yeməyin satışından əldə edilən qazancın yarısı ciddi xəstəliyi olan uşaq evlərinə veriləcək.

 

“Yeməyə “Lavish croco lavash aka Robin Hood” adı təsadüfi seçilməyib. “Lavish” səxavətli, Robin Qud isə zənginlərdən əldə etdiyi vəsaiti yoxsullara paylayan müsbət qəhrəmandır. Komandamız hər il Milad bayramında şaurmanın satışından əldə edilən qazancın yarısını xəstə uşaqlara və ya xəstələri dəstəkləyən fondlara ianə etmək qərarına gəlib”, - deyə K.Yaruşyaviçyus qeyd edib. 

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017