Azərbaycanlı müğənni: “O qədər yorğun oluram ki, elə o cür yatıram”

Azərbaycan Dövlət Filarmoniyasının solisti, ilk opera-rok və pop ifaçısı Lətifə Soyuöz xarici görünüşündəki dəyişikliklərlə bağlı maraqlı açıqlamalar verib.

 

O, yalnız burnunu əməliyyat etdirdiyini etiraf edib: “Nə qarın gərdirmə əməliyyatı etdirmişəm, nə də liposaksiya. Əslində istəyirəm. Son vaxtlar arıqlaya bilmirəm, çünki yeməklərdən vaz keçə bilmirəm. Bir neçə kilo arıqlamışam, sevinirəm. Amma tez bir zamanda istədiyim çəkiyə çata bilməsəm, mütləq əməliyyat etdirəcəm. Əməliyyat etdirsəm, bunu gizlətmərəm. Məndə dəri genişlənməsi var idi. Çünki çox arıqlamışdım. Dərimi br az yığdırdım. Bu olub, bəli. Bəzən deyirlər ki, filankəs qabırğasını çıxartdırdı. Bu, nağıla bənzəyir. İnsanın qabırğasında balaca bir çat olsa, ağrıdan dayana bilməz. O ki qaldı onun qabırğasını çıxardalar. Həmin insan ömür boyu ayağa qalxa bilməz. Bu, yalandır”.

 

Sənətçinin sözlərinə görə, bir neçə kilo arıqlamasının səbəbi idmanla məşğul olması və gərgin iş rejimində çalışması olub: “Bir müddət idmana həvəslə getdim. Amma işlə əlaqədar idmanı dayandırdım, çünki çatdıra bilmirdim. Arıqlamağım iş rejimimdən asılıdır. İşim gərgin olanda arıqlayıram. Çünki yemək yadımdan çıxır. Arıqlamağımı suya da borcluyam. Gün ərzində 3 litr su içirdim. Şirniyyatdan, xəmir xörəklərindən uzaq idim. Amma indi artıq bunlardan uzaq dayana bilmirəm, ürəyim istəyir yeyirəm”.

 

O ki qaldı dəri baxımına L.Soyuöz kosmetoloqa getmədiyini, bəzən evdə üzünə qulluq etdiyini deyib: “Desəm, kosmetoloqa getmirəm, inanarsınız? Bəlkə də bir il əvvəl kosmetoloqda olmuşam. Yalnız evdə bacım nəsə gətirib verə bilər ki, bunu üzünə vur. Ya da mama maska düzəldib verər mənə. Üzümə qulluq etməyə xüsusi vaxtım yoxdur. Amma bilirəm ki, artıq bunun zamanıdır. Hər gün makiyaj edən adam üçün üz dərim yaxşı qalıb. Bir şeyi də etiraf edim ki, bəzən makiyajı silməyi unudub elə o cür yatıram. O qədər yorğun oluram ki... Anam deyir, üzündən makiyajı sil, dərin tez qocalacaq. Dərimin belə olması genetik ola bilər. Nənəmin üz dərisi çox gözəldir. 87 yaşı var, amma qırışları çox azdır”.  

 

 

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017