Atası həbsdə, anası başqa kişi ilə qaçıb: 5 yaşlı qızın ACI HƏYATI - FOTO

Çində yaşayan azyaşlı qızcığazın əzmkarlığı hər kəsi heyrətə salıb. Belə ki, 5 yaşlı Anna Vanq 97 yaşlı xəstə və köməyə ehtiyacı olan ata nənəsinə baxmağa məcbur qalıb.

 

Ailem.az-ın xarici mediaya istinadən məlumatına görə, yaşıdları həyətdə, uşaqlarla oynadığı halda Anna çiynində ağır yüklə böyüyür. Həmyaşıdlarının özünə belə baxa bilmədiyi yaşda olan balaca qızcığaz böyük bir məsuliyyətin altına girərək nənəsinin qayğısına qalır.

 

Deyilənə görə, Annanın atası həbsxanadadır. O, həbs olunandan sonra anası da başqa bir kişiyə qoşulub qaçıb. Beləliklə, ailənin bütün yükü 5 yaşlı qızın çiyinlərinə düşüb. O, 97 yaşlı ata nənəsinin də qayğısına qalır.

 

Kədərini heç kəsə bildirməməyə çalışan Anna bəzən atasının fotolarına baxıb ağlayaraq, təsəlli tapmağa çalışır.

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017