Türkiyənin məşhur cütlüyü evləndi - TOYDAN FOTOLAR - VIDEO

“Çalıquşu” serialından sonra aralarında sevgi münasibəti başlayan və 3.5 ildir birlikdə olan Türkiyənin məşhur cütlüyü Burak Özçivit və Fahriye Evcen dünən rəsmi nikaha daxil olublar.

 

Ailem.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, təntənəli toy mərasimi Sait Halim Paşa malikanəsində baş tutub. Cütlük toyun başlanmasına bir neçə saat qalmış dəniz yolu ilə məkana gəliblər. Onlar toy hazırlıqlarına şəxsən nəzarət ediblər. Toya sənət, idman və iş dünyasından çox sayda məşhur qatılıb. Özçivit və Evcen cütlüyü toydan sonra Maldiv adalarına bal ayına gediblər.

 

Toyda daha çox diqqət çəkən məqam isə bəy-gəlinin toy libası olub. Fahriye Evcen gecədə Raşit Bağzıbağlı imzalı iki gəlinlik, Burak Özçivit isə Derviş Bağzıbağlı imzalı bəy kostyumu geyinib. Lakin geyimlərin keçən il evlənən aktyorlar Kadir Doğulu və Neslihan Atagülün toy libasları ilə eyni olması hər kəsin diqqətini çəkib. Bundan başqa, toy məkanları, Burakla Fahriyenin rəqsi, bəylərin kostyum detallarının bənzərliyi nəzərdən yayınmayıb. “Kara sevda” serialında Burak Özcivitlə tərəf müqabili olan Neslihanın toya gəlməməsi də gözdən qaçmayıb.

 

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017