73 yaşlı aktrisanı bikinidə görənlər şok oldu - FOTOLAR

Türkiyənin məşhur aktrisası Nebahat Çehrə Bodrumda istirahət zamanı bikinidə fotokameralara tuş gəlib. Xarici görünüşü ilə hamını heyran edən 73 yaşlı aktrisanın bədən quruluşu görənləri heyrətə salıb.

 

Ailem.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, illərə meydan oxuyan sənətçi istirahət zamanı dənizə girməyib. Üstəlik, günəşlənmək əvəzinə kölgədə oturub. Bütün bu müddət ərzində də özü üçün hazırlanan xüsusi sudan içib.

 

Məlumat üçün bildirək ki, Nebahat Çehrə 1944-cü ildə Türkiyənin Samsun şəhərində anadan olub. O, ana tərəfdən gürcü, ata tərəfdən laz mənşəlidir. Beş yaşında İstanbula köçən Çehrə 15 yaşında "Türkiyə gözəli" seçilib. 1961-ci ildə "Yaban gülüm" filmi ilə ilk dəfə səhnəyə qədəm qoyub. Sonra aktyor Yılmaz Güneylə tanış olub, "Kamalı Zeybək" filmində çəkilir. 1967-ci ildə onunla ailə həyatı qurur. Bir müddət kinodan uzaq qalan Çehrə, Güneydən boşandıqdan sonra yenidən səhnəyə qayıdır.

 

Nebahat Çehre bundan sonra heç bir film və serialda çəkilməyəcəyini açıqlayıb. O ki qaldı aktrisanın yaşına rəğmən bu qədər gənc qalmasına, o, bunun sirrini qidalanmada olduğunu deyib. Sənətçi gündə 2 dəfə tərəvəz və ağ ətlə yeyir, 2 litr su içir. Şəkər, duz və un məmulatlarından uzaq durur. Siqaret və spirtli içki istifadə etmir.  

 

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017