Azərbaycanda “Halal” sertifikatı almış malları tanıyın! - SİYAHI

Azərbaycan Respublikasında qüvvədə olan halal qida dövlət standartının tələblərinə əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin akkreditasiya etdiyi sertifikatlaşdırma qurumu tərəfindən sertifikatlaşdırma prosesi hazırda da davam etdirilir.

 

Ailem.az-ın məlumatına görə, Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Modern.az-a deyib ki, təmsil etdiyi qurum birbaşa sertifikatlaşdırma ilə məşğul olmur: ““Hala qida” standartı əsasında sertifikatlaşdırma həyata keçirən orqan mövcuddur. Həmin orqan bu standartın tələbi əsasında prosesi həyata keçirir. Bu orqanın sertifikatlaşdırma prosesi tam şəffaf şəkildə icra edilir. Qeyri-Hökumət Təşkilatları (QHT), jurnalistlər, yaxud istənilən şəxs prosesdə iştirak edə bilər. 

 

Modern.az saytı komitədən “Halal” sertifikatı almış məhsulların siyahısını istəyib. Dövlət Komitəsi aşağıdakı adları təqdim edib:

AZ Protein Foods Group MMC-nin halal qaydalara uyğun kəsilmiş soyudulmuş dana və qoyun əti;

“Ovçular t və Ət Məhsulları” MMC-nin “Halal servilat”, “Halal Doktorskaya”, “Halal Lyubitelskaya”, “Halal Toyuq ətindən”, “Halal Hinduşqa ətindən”, “Halal Doktorskaya Pepe”, “Halal Doktorskaya Prima”, “Halal Xlebnaya”, “Halal Vetçinnaya”, “Halal Külləmə”, “Halal Klassik”, “Halal Ovçular” kolbasa və sosisləri;

“Halal Qida” MMC-nin əla növ yarımhisə verilmiş “Sucuq” və “Ovçular”  kolbasaları; toyuq ətindən bişirilmiş və hisə verilmiş məhsulları - döş və bud hissə; ədviyyatlı qaxac əti; əla növ bişmiş və hisə verilmiş kolbasa - “Comərd qəssab”; əla növ hisə verilmiş sosiskalar - “Sahur yeməyi”, “Doktorskaya”, “Zəvvar naharı” və quş ətindən əla növ kolbasa;

Səhliyalı kiçik müəssisəsindən “Halal nemət” kolbasa və sosialəri;

S.A.B.A-nın “Kazan” nişanlı “Halal”, “Halal” Premium kolbasaları.


Xatırladaq ki, “Halal” adı altında özbaşına məhsul istehsal edən müəssisələrə malların markalanmasındakı “halal” sözündən istifadə edilməsi1 aprel 2014-cü il tarixindən qadağan edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 757-2014 “Halal məhsulların sertifikatlaşdırma qaydaları” dövlət standartı təsdiq edilib. Bu standart “halal məhsul”ların sertifikatlaşdırılmasını, bu məhsullara uyğunluq sertifikatının verilməsi qaydalarını tənzimləyir. 

Standarta əsasən, “halal məhsul”ların sertifikatlaşdırılması üçün sifarişçi malın sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına sifarişlə müraciət etməlidir.

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017