Azərbaycanlı aparıcı: "O xanım arxamca elə şeylər danışmışdı ki..."

“Problemlərim olurdu, ölkədən tez-tez getmək məcburiyyətində idim. Bu da serialdakı yaradıcı heyətə çətinlik yaradırdı. Mən qayıdanda hamı yığışır, çəkilişlər edilirdi. Mövsümün sonu idi, fikirləşdim ki, dayandırım. Yeni serial olsa, iştirak edəcəm".



Ailem.az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri aparıcı Vüsalə Əlizadə "ATV kulis" verilişində deyib. O, "Qardaşlar" serialından ayrılmasının səbəbindən danışıb. O bildirib ki, ekran işindən səhhətindəki problemlərə görə uzaqlaşıb: "15 ildir böyrək köçürmə əməliyyatı olmuşam. Tez-tez yoxlanmalıyam. Bir ara soyuqqanlılıq etdim. Sonra gördüm yox, alınmır. Həkimə getdim, bəzi qadağalar qoydu, çox işlədiyimi dedi. Övladım üçün qadağalara əməl etməliyəm".

 

Vüsalə dost xəyanətindən söz açıb: “Dost xəyanəti görmüşəm. Çox pis olmuşam. İndi də o xanım ətrafımdadır, amma yaxınıma buraxmıram, sərhəd qoymuşam. Arxamca məni çox istəyən başqalarının yanında elə şeylər danışmışdı ki... Onu evimə belə buraxırdım, çox yaxın idik. Mənim paxıllığımı çəkirmiş".

 

Aparıcı həyat yoldaşından ayrıldıqdan sonra efirdən uzaqlaşmasından danışıb: "Bir ile firdə olmadım. Bu da həyatımda olan ayrılıq ərəfsində oldu. Ürəkbulandırıcı şeyləri sevmirəm. Əlbəttə, ayrılıqdan sonra depressiyam olub. Kim deyirsə, depressiyaya düşmürəm, yalandı. Bilin ki, insan ayrıldıqdan sonra ölüb-dirilib".
 
 

V.Əlizadə "Ailənin yükünü daşımaq bir qadın üçün ağırdır. Bəlkə bunu kimləsə paylaşasan" sualına belə cavab verib: "Hər bir xanımın həyatında biri olmalıdır. Kimsə olsa, onla həyatı paylaşaram. Azərbaycanda ayrılan xanımlar çoxdur. Amma güclüdürlər. Qadınlar zərifdi, amma zəif deyil".

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017