Ərik mürəbbəsi belə bişirilir - HAZIRLANMA QAYDASI

Yay fəsli evdar xanımlar üçün həm də mürəbbə, turşu fəslidir. Hər yeni mövsüm meyvəsi çıxdıqca xanımlar onun mürəbbəsini, kompotunu bağlayır. İndi də ərik mürəbbəsi bişirməyin vaxtıdır. Bəs yaxşı ərik mürəbbəsi necə bişirilir? Əlbəttə, hər xanım öz bildiyi reseptə əsasən bişirir. Amma Ailem.az-ın təqdim etdiyi bu resepti də bir sınaqdan keçirin.

 

Ərzaqlar:

 

2 kq ərik

Ərik toxumlarının ləpələri

750 qr şəkər tozu

1 limonun suyu

 

Hazırlanma qaydası:

 

Ərikləri yuyun və iki hissəyə ayırın. İçindən çıxan toxumları qırıb ləpələrini çıxarın və qazanın dibinə qoyun. Ərikləri də qazana yığıb qapağını bağlayın, 15 dəqiqə ərzində ara-sıra silkələyərək, orta odda öz buğunda bişirin. Sonra içinə 750 qr şəkər tozu tökün. Bu şəkildə də 35-40 dəqiqə, qapağı açıq bişirin. Hərdən üzərinə çıxan kəfini yığın. Limon suyunu da tökəndən sonra 10 dəqiqə qaynadın.

 

İstiykən kəfkirlə ərikləri götürüb, suyunu süzərək bankalara yığın, qapağını yaxşıca bağlayın və başıaşağı çevirin. Bu şəkildə uzun müddət saxlaya bilərsiniz.

 

Nuş olsun!

 

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017