Azərbaycan alimləri dərman hazırladı: xərçəng hüceyrələrinə son qoyulacaq - VİDEO

Azərbaycanlı alimlər daha bir uğura imza atıblar. Onlar xərçəng xəstəliyinə qarşı yeni dərman maddələri hazırlayıblar. Beynəlxalq mütəxəssislər tərəfindən müəyyən olunub ki, bu məhlullar mövcud olanlardan daha da effektlidir. Alimlərimiz bu məhlullarla daha bir neçə xəstəliyin müalicəsinə nail olacaqlar.

 

Ailem.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, Azərbaycan elm adamları bədxassəli şişin inkişafını dayandıran dərman maddələri kəşf edib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu Türkiyə, İtaliya və Səudiyyə Ərəbistanının aparıcı elmi müəssisələri ilə birgə tədqiqatlara başlayıb. Azərbaycanda əldə olunan 50 dərman maddəsi sınaqdan keçirilməsi üçün İtaliyaya göndərilib. Satışda olan dərmanlar xəstəliyin inkişafını zəiflətdiyi halda, yeni kəşfin xərçəng hüceyrələrinə son qoyacağı məlum olub.

 

İtaliyadan Aşqarlar Kimyası İnstitutuna maddələrin klinik şəraitdə sınaqdan keçirilməsi üçün təklif gəlib. Yəni kimyəvi maddələrdən ibarət olan məhlulların digər orqanlara təsiri yoxlanılacaq. Müsbət nəticə əldə olunsa, məhlullardan hazırlanan dərmanlar gələcəkdə satışa buraxılacaq. Dərman maddələri Alzehymer kimi xəstəliklərin müalicəsi üçün də effektivdir.

 

Maraqlıdır ki, neft məhsulları, o cümlədən sənaye yağlarının oksidləşməsinin qarşısının alınması üzərində araşdırma aparan mütəxəssislər məhz bu nailiyyətə imza atıb.

Əfsun Sucayevin sözlərinə görə, kimya sahəsində əldə olunan radikal mexanizmlər, insan orqanizmində gedən hüceyrə dəyişikliyində də fizioloji rol oynaya bilər.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı burdan izləyə bilərsiniz:

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017