Yorğunluğunuzun səbəbini boşqabınızda axtarın - 5 MƏHSUL

Yorğunluq, xüsusilə qida qəbulundan sonra süstlük kimi hallarla tez-tez rastlaşırıq. Heç bir fiziki və zehni əməklə məşğul olmadan, ən əsası, gecənin normal istirahətindən sonra belə, xoşagəlməz hallar yarananda səbəbini heç cürə aydınlaşdıra bilmirik.

Yuxu pozğunluğu, fiziki və zehni gərginlik olmadan insan yorğunluğunun əsas səbəbi düzgün qidalanmamaqdır. Bəzi qida məhsulları və içkilər var ki, onlar insanın həyat gücünü, enerjisini alır, yorğunluğa səbəb olur. Ailem.az modern.az-a istinadən həmin məhsulları təqdim edir.

 

1. Un və makaron məmulatları.

 

Bu qida məhsullarında olan yanlış düşündüyümüz “tez mənimsənilən” karbohidratlar qanda qlükozanın səviyyəsinin kəskin artımına gətirib çıxarır. Bu da öz növbəsində, səhhətinin və əhval-ruhiyyənin sürətlə dəyişməsi təhlükəsini yaradır, süstlüyə səbəb olur.

 

2. Alkoqollu içkilər.

 

Spirtli içkilər orqanizmdə susuzluq yaradır. Maye qəbul edilsə də, orqanizmin suya tələbatının təmin olunması çətinləşir. Bununla yanaşı orqanizm alkoqolun qalıqlarını çıxarmaq üçün də əlavə enerji sərf edir. Son nəticədə bir-iki saatlıq sərxoşluqdan sonra orqanizm enerji itkisi ucbatından taqətdən düşür, yorulur, süstləşir.

 

3. Duz.

 

Duzdan artıq istifadə etmək də spirtli içkilər kimi mənfi təsir göstərir. Duz hüceyrələrin quraqlığına səbəb olur ki, bu da orqanizmin fəaliyyətində gərginlik yaradır. Həmçinin duzun yaratdığı susuzluq yorğunluq və süstlüklə nəticələnir.

 

4. Qızardılmış yeməklər.

 

İstənilən qida məhsulu qızardılmış halda orqanizm tərəfindən çətin mənimsənilir və gec həzm olunur. Bunun nəticəsində də əlavə enerji sərf olunur. Qızardılmış yeməklərin qəbulundan sonra yaranan süstlüyün səbəbi də elə budur.

 

5. Şirniyyat.

 

Şirniyyat məmulatları qanda qlükozanın səviyyəsini artırır, tez bir zamanda orqanizmə hədsiz doyum təsiri göstərir ki, bu da yorğunluq yaradır, süstlüyə səbəb olur.

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017