Zorlanma səhnəsinə çəkilən aktrisa: "İntim münasibəti buradan öyrəndim"

"Game of Thrones" ("Taxt oyunları") serialının "Sansa Stark"ı Sofi Törner maraqlı açıqlamalar verib.

Ailem.az-ın axşam.az-a istinadən məlumatına görə, o, intim həyat haqqında təsəvvürlərini serial vasitəsi ilə öyrəndiyini bildirib.


21 yaşlı aktrisa artıq 8-ci ildir ki, serialda rol alır. Sofi "Taxt oyunları"nın onun həyatında xüsusi önəm daşıdığını deyib: "Bura mənim üçün intim münasibəti öyrənməkdə məktəb oldu. Həyatımda bəzi şeyləri ilk dəfə bu ssenaridə oxudum. Fikirləşirdim ki, "Aman Tanrım, insanlar bunu da edirlər? İnanılmazdır".

Qeyd edək ki, serialın 5-ci mövsümündə aktrisanın zorlanma səhnəsi böyük səs-küyə səbəb olmuşdu.

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017