Yaya özəl tort: rokoko - HAZIRLANMA QAYDASI

Yayda dondurmaya alternativ olan rokoko tortu dada bilərsiniz. Həm sizi sərinlədəcək, həm də şirniyyat yemək ehtiyacınızı aradan qaldıracaq. Ailem.az rokoko tortun hazırlanma qaydasını təqdim edir.

 

Altı üçün:

 

2 stəkan süd

2 paket krem ​​şanti

2 ədəd yumurta

1 paket südlü şokolad

Yarım su stəkanı qədər şəkər tozu

1.5 paket kakaolu peçenye

250 qr qoz ləpəsi

 

Üstü üçün:

 

1 paket hazır şokolad sousu

Yarım litrə qədər süd

 

Hazırlanması:

 

Əvvəlcə bir qabda iki stəkan südlə iki paket krem ​​şantini mikserlə yaxşıca çırpın. Başqa bir qabın içində də iki yumurta və yarım stəkan şəkər tozunu şəkər əriyənə qədər mikserlə çırpın. Sonra hər iki qarışımı bir-birinin üstünə tökün, mikserin aşağı sürətilə qarışdırın. Üzərinə əlimizlə qırıb, əzdiyimiz peçenyeləri tökün. İri doğranmış qoz ləpəsi və südlü şokoladı da əlavə edib qarışdırın. Bu qarışımı kiçik bir şüşə qaba töküb, üzərini streçlə bağlayıb. Bir gecə buzxanada saxlayın. Servis etmək istəyəndə şokolad sousunu hazırlayıb, rokokonun üzərinə tökün.

 

Nuş olsun!

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017