Roza Zərgərli: “Ombamı böyütməyə ehtiyacım yoxdur”

Son günlər sənət adamları arasında plastik əməliyyat etdirənlərin sayı günü-gündən artır.

 

Ailem.az-ın axsam.az-a istinadən məlumatına görə, əməliyyat masasına yatan növbəti məşhur müğənni Roza Zərgərli olub.

 

Onun piy vurduraraq, ombasını böyütdüyü bildirilib. Lakin sənətçi əməkdaşımızla söhbətində bildirib ki, plastik əməliyyatı ayaqlarında etdirib: “Ombamı böyütməyə ehtiyacım yoxdur. Çünki hər zaman böyük olub. Yəqin ki, çoxları mənim ayağımdakı problemi hiss edib. Mən gəzəndə axsayırdım. Baldırlarımdan piy çəkdirdim. Plastik əməliyyatı gözəllik üçün yox, sağlamlığım üçün etdirmişəm”.

 

R.Zərgərli son günlər artıq çəki atması ilə də diqqət çəkir. İfaçı deyib ki, 5 kiloqram arıqlayıb: “Pəhriz saxlayıram. Bir də son olaraq üzməyə əl atmışam. Bununla arıqlamağa çalışıram”.

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017