Bədəndəki sızanaqları aparmaq üçün MASKALAR

Yay gəldi və artıq soyunmaq vaxtıdır. Amma... Bədəninizdəki sızanaqlar da ortaya çıxıb, hə? Qadınların ortaq dərdlərindən biri də budur. Ailem.az bədəndəki sızanaqları yox etmək üçün bitki mənşəli yollar təqdim edir.

 

Resept 1

 

1 qəhvə fincanı mineral su və 1 qəhvə fincanı alma sirkəsini qarışdırın. Gündə 2 dəfə səhər və axşam olmaqla sızanaqların üzərinə pambıqla sürtün. Ən az yarım saat gözləyin. Unutmayın ki, alma sirkəsindən başqa sirkə istifadə etmək olmaz!

 

Resept 2

 

Bal dəridəki qızartıları götürməklə birlikdə həm də dərini nəmləndirir. Sızanaqlar üçün təbii bir müalicə üsuludur. Sızanaqların üzərinə bal çəkin və 15 dəqiqə gözləyin.

 

Resept 3

 

1 ədəd portağal

1 çay qaşığı qabartma tozu

 

Portağalı soyun və qabıqlarını rəndədən keçirib, əzin. Üzərinə bir çay qaşığı qabartma tozu əlavə edin. Əldə etdiyiniz qarışımın içinə bir neçə damcı portağal suyu damcıladın, yaxşıca qarışdırın. Əldə edilən qarışımı sızanaqlı bölgələrə yaxşıca ovaraq sürtün. Kürəyiniz açıq şəkildə 15-25 dəqiqə uzanın. Daha sonra istəsəniz, duş qəbul edin ya da islaq dəsmalla təmizləyin. 5 gün boyunca hər axşam yatmadan əvvəl bunu edin.

 

Resept 4

 

Gül suyu və limon suyunu qarışdıraraq sızanaqlı bölgənizə sürtün. Təsirini ən qısa zamanda görəcəksiniz. 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017