Məşhur model türk yazarla sevgili imiş - ÖPÜŞMƏ VİDEOSU

“Viktoriya Sekret”in məşhur modeli Adriana Lima və Türkiyənin tanınmış yazarı Metin Hara eşq yaşayır. Ailem.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, dünya mətbuatını şoka salan münasibətin təfərrüatı da ortaya çıxıb.

Lima ilə yazıçı Antalyada təşkil olunan bir tədbirdə tanış olub. Hətta Hara öz instaqram səhifəsində Adriana ilə çəkilən fotonu paylaşaraq modelə təriflər yazıb: “Həqiqətən sadə, təbii biridir. Bütün dişilərin vəhşi və azad olmağı diləyi ilə…”

 

Bundan sonra braziliyalı modelin xarici mətbuatda fotoları yayılıb. Əlində türkiyəli yazıçının “Yol - Aşkın İstilası” adlı kitabının olması diqqətdən yayınmayıb. 

Lima rəsmi hesabında həmin kitabın görüntüsünü də paylaşıb. O, fotoya “Yolu bərabər gəldik”, – şərhini yazıb. 

 

Cütlük daha sonra Atatürk Hava Limanında görüntülənib və Metin Hara modeli dodağından öpüb. Onların bu görüntüləri Türkiyə gündəmini zəbt edib. Bundan əlavə, cütlük Bodrumda əl-ələ görüntülənib və həmin fotolar münasibətin olduğunu təsdiqləyib.

 

Bir neçə gün sonra isə yazar yayılan şayiələr barədə açıqlama verib, Adriana ilə eşq yaşadığını bildirib: “Adriana ilə iyun ayında tanış olmuşuq. Xoş söhbətdən sonra ona kitabımı hədiyyə etdim. Bu müddətdə həmişə əlaqə saxlamışıq və bir-birimizə qarşı bir şeylər hiss etdik”. 

 

 

 

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017