Ukraynalı Barbidən GÖZLƏNİLMƏZ AÇIQLAMA: “İşləmək köləlikdir” - FOTOSESSİYA

Bütün dünyada "Ukraynalı Barbi" kimi tanınan Valeriya Lukyanova açıqlaması ilə hər kəsi heyrətləndirib.

Ailem.az xarici mətbuata istinadən bildirir ki, 31 yaşlı Lukyanova bir başqası üçün işləməyi “kölə olmaq” adlandırıb. Barbi gəlinciyinə bənzəmək üçün həm xeyli miqdarda pul, həm də vaxt itirən və bununla şöhrət qazanan Valeriya Lukyanova “çalışmaq eyni zamanda alçaldıcı bir vəziyyətdir”, - deyə vurğulayıb.

 

Lukyanova “Siz də eyni fikirdə deyilsinizmi? Mənə illərlə nə üçün işləmədiyim barədə suallar verilir. Nə gülməlidir?!”, - deyib. Ardınca bunları söyləyib: “Bəziləri mənim işləmədiyimi hesab edir. Bunu kim söyləyə bilər ki? Mən də işləyirəm, amma kölə kimi yox. İnsanlara isə qəribə gələn budur”.

 

O, kitab yazaraq, seminarlar və nəsihətlər verərək pul qazandığını sözlərinə əlavə edib.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018