Elnur Hüseynov “Dağınıq bir Oda”da çıxış edəcək - GİRİŞ SƏRBƏSTDİR

Azərbaycanın ilk müstəqil teatrı olan ADO-nun (Azərbaycan Dağınıq Oda teatrı) 5 illik yubileyi təntənəli şəkildə qeyd olacaq. Hər il ad günü tədbirlərini müxtəlif üslub və məkanlarda keçirən ADO teatrı bu il 5-ci ilinin açılışını Yarat Müasir İncəsənət Mərkəzində keçirəcək. “Dağınıq bir Oda” adlı genişmiqyaslı tədbir iyulun 15-də saat 17:00-dan başlayacaq.

 

Ailem.az-ın məlumatına görə, tədbir proqramında “O Səs Türkiyə 2015”-in qalibi Elnur Hüseynov da çıxış edəcək. Bu haqda teatrın rəsmi səhifəsində məlumat verilib. Tədbirdə ADO-nun stilinə işarə olan yeni “Dağınıq bir Oda” adlı performans nümayiş olunacaq. Daha sonra ADO-nun qurucusu Elmin Bədəlovun “5 illik ADO yolu” çıxışı nəzərdə tutulub. Ölkəmizi ilk dəfə “Eurovision” yarışmasında təmsil edən, eyni zamanda “O səs Türkiyə”nin qalibi olmuş Elnur Hüseynovla yanaşı, “Les Gardiens Du Silince” qrupunun  ifası nəzərdə tutulub. Bundan başqa ADO-nun “Hamam”, “Qadın səsi”, “Haaay Toğrul” və başqa qısa performansları nümayiş olunacaq. Gənc rejissor Leyli Qafarovanın bir ildən artıqdır ki, ADO haqda çəkdiyi sənədli filmin qısa fraqmentləri, teatrın tarixindən bəhs edən fotolar tamaşaçılara təqdim olunacaq. Həmçinin rəssam Samir Salahovun da küçə performansı olacaq.

 

Xatırladaq ki, alternativliyi, fərqli üslubu, modern, kreativ, art-underground nümayişləri ilə hər zaman diqqət çəkən və ölkə mədəniyyətində canlanma yaratmaqdan yorulmayan ADO teatrı 2013-cü ildə Elmin Bədəlov tərəfindən “Oda” adı ilə yaradılıb. E.Bədəlov daha sonra ADO-nu təsis edib. Bir müddət sonra iki teatrı birləşdirərək bir ad altında – “ADO Theatre – Collective” kimi fəaliyyətini genişləndirərək davam etdirir. ADO ölkənin ilk müstəqil fəaliyyətə başlamış teatrıdır. Klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub.

 

ADO hər kəsi öz yubiley tədbirinə dəvət edir! Giriş sərbəstdir.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017