Dünya bu atadan danışır: 2 yaşlı qızını ölümə belə hazırlayır - FOTO

Çində yaşayan Zanq Liyonq adlı kişinin hərəkətləri gündəm olub.

Ailem.az-ın axşam.az-a istinadən məlumatına görə, Zanqın “Akdeniz Ateşi” (nadir genetik irsi xəstəlik, qan xəstəlyi) xəstəliyinə yoluxmuş bir qızı var.

İmkansızlıq ucbatından qızını müalicə edən bilməyən və yaxın vaxtlarda öləcəyini bilən ata onun üçün qəbir qazıb.

Zanqın sözlərinə görə bu günə kimi 2 yaşlı qızı üçün 22 min dollar (təxminən 37500 AZN) pul xərcləyib. 

Lakin artıq ona heç kim borc vermir. Əlindən gələni edən ata çarəsiz qaldığı üçün qızına indidən yatacağı yeri göstərmək qərarına gəlib.

Liyonq hər gün qızı ilə məzara gəlir, orada onun oynayır və yatır.

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017
18 İyul 2017