Türkiyəli tanınmış model evli kişiylə sevgiliymiş - FOTO

Türkiyənin məşhur modeli Ebru Şallının yeni sevgilisinin kim olması medianın gündəmini zəbt edib.

 

Ailem.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət öncə Bodrumda lüks bir yaxtada əl-ələ görüntüləndiyi sevgilisi Uğur Akkuş imiş. Uğur Akkuş Küveyt əmirinin Türkiyədəki 3 milyard dollarlıq investiyasını idarə edir. Bundan başqa Uğur Akkuşın evli və iki uşaq atası olduğu da üzə çıxıb. Hətta deyilənə görə, onun həyat yoldaşı Qonca Derin Akkuş 10 illik evliliyini bitirməyə qərar verdiyini açıqlayıb.

 

Qeyd edək ki, Ebru Şallı uzun müddət evli olduğu Harun Tandan boşandıqdan sonra bir müddət müğənni Sinan Akçılla eşq yaşamışdı. Təxminən il yarım öncə cütlük iki illik münasibətlərinə son qoyub. Ondan ayrıldıqdan sonra isə Ebrunun adı bir müddət Cem Yılmaz və Arda Turanla çəkildi. Amma bu münasibətlər də uzun çəkmədi. Daha sonra isə  Ebru Şallının Bodrumda Uğur Akkuş ilə əl-ələ görüntüləri yayıldı. Dünən yayılan xəbərlərdə isə U.Akkuşun evli və iki uşağı atası olduğu məlum olub.

Bundan sonra cütlüyün münasibətləri hansı istiqamətdə davam edəcəyi sual altındadır. 

LENT

20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017