Seks qadını cavanlaşdırır – YENİ ARAŞDIRMA

ABŞ-ın Kaliforniya Universitetinin alimləri apardıqları araşdırma nəticəsində müəyyənləşdiriblər ki, həftədə ən azı 1 dəfə cinsi əlaqədə olmaq qadını cavanlaşdırır.

 

Ailem.az-ın məlumatına görə, alimlər 129 qadın iştirakçı arasında araşdırma aparıblar. Bir həftə davam edən araşdırmada qadınlardan qan analizi götürülüb. Alimlər xromosomların qıraqlarında olan telomerlərin uzunluğunu ölçüblər. Məlum olub ki, cinsəl olaraq aktiv olan qadınların telomerlərinin uzunluğu artıb. Bu isə o deməkdir ki, qadınların orqanizmi cavanlaşıb.

 

Telomerlərin uzunluğu gec qocalma, daha uzun həyat və ümumi sağlamlıq durumunun daha yaxşı olması ilə bağlıdır. Elmdə belə hesab olunur ki, məhz bu telomerlərin uzunluğundan insanın həyatının uzunluğu da asılıdır. Telomerlər qısaldıqda insan qocalmağa başlayır.

 

Araşdırmaçılardan biri Tomas Cabeza de Baca deyib ki, zamanla qısalan telomerler erkən ölümlərə yol aça bilir.

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017