Evli kişiylə sevgili olan Ebrudan CAVAB: “... ona inandım” - MÜSAHİBƏ

 

Model Ebru Şallı ilə evli iş adamı Uğur Akkuşun münasibəti bir neçə gündür Türkiyə mediasını zəbt edib. Uğur Akkuşun xanımı bu münasibət haqda bir neçə açıqlama versə də, Ebru Şallı susurdu. Nəhayət, model dünən sükutu pozaraq “Haberturk” qəzetinə müsahibə verib. Ailem.az həmin müsahibəni təqdim edir.

 

- Ebru, hazırda haradasan?

 

- Evdə, anamla birlikdəyəm.

 

- Necə oldu ki, vəziyyət bu həddə gəldi?

 

- Kim istərdi belə olsun? Heç bir qadın belə bir şey yaşamaq istəməz. İfadə edə bilməyəcək qədər kədərliyəm. Heç yatmıram, heç bir şeyə diqqətimi cəmləyə bilmirəm. Ailəm də çox kədərlidir. Hazırda anam yanımdadır, dayanmadan ağlayırıq. Atam isə xəstəxanadadır. Ümumiyyətlə, həmişə möhkəm olmuşam, məni həmişə pozitiv görmüsünüz, amma indi həqiqətən yaxşı deyiləm.

 

- Ortada bir evlilik və uşaq var...

 

- Hansı qadın evli olduğunu bilə-bilə belə bir yola çıxar? Təbii ki, belə bir şeydən söhbət gedə bilməz. Kağız üzərində evlidir, amma əslində 3 il əvvəl bitmiş bir evlilik var ortada. 2 uşağı olduğunu bilirdim... 3 ildir boşanmaya çalışdığını, iddiaların hamısını gördüm. Onsuz da tək yaşayır. 3 aydır onu tanımağa çalışıram. Üstəlik doğru, dürüst bir insandır. Məni heç aldatmadı. Mən bunu gördüm, inandım ...

 

- Demək istəyirsən ki, tanış olduğu andan etibarən səni aldatmadı?

 

- Bəli, bilirdim. Amma təbii ki, kağız üzərində sürən bir evlilikdir. Məhkəmə prosesi davam etdiyi üçün ona niyə inanıb etibar etməyimin detallarını izah edə bilmirəm. Onsuz da mənə aid olan bir durum deyil. Qarışa, izah edə bilmərəm. Mənə əsla yaraşmaz. Bunlar haqda danışmaq belə, məni məhv edir.

 

- Harada tanış olmusunuz?

 

- Dostlar mühitində.

 

- Səninlə tanış olduğu an evli olduğunu söyləmişdi?

 

- Xeyr, daha çox iş haqda danışdıq. Mənim gördüyüm işlərlə əlaqədar söhbətlər oldu. Sonra münasibətlər irəlilədi. O zaman açıb dedi, hər şeyi ətraflı şəkildə izah etdi.

 

- Onu əvvəldən tanıyırdın?

 

- Xeyr. Məşhur bir insan deyil, olmaq da istəmir. İşində gücündə olan, normal adamdı. Hər kəsin başına gələ bilər. 3 ildir boşanmaya çalışdığını sübut etdi. Mən aldadılmadım, inandım. Rəsmi şəkildə evli görünür, amma ayrı yaşayırlar. O qədər çox belə adam var ki. Mənə bunu göstərdi, inanmasam belə, 2 uşaq anası olaraq bunu niyə edim? Belə bir şeyə ehtiyacım yoxdur. Nə uşaq, nə də evlilik marağındayam, bunlara son qoymuşam çox şükür. Bir insana inandım, güvəndim. Mən sevgi insanıyam, sevginin arxasınca düşmüşəm. Bir-birimizi tapmışıq. Onun da 2 uşağı var, mənim də. “Anlayar məni”, - deyə düşündüm. “Niyə də olmasın?”, - dedim. Bir yola girdiyim insan belə çıxdı.

... Bu hissi hər kəs yaşaya bilər. “Heç vaxt” deyən insanların da başına gələ bilər. Hamımız insanıq. Mənim heç kimə qarşı pis niyyətim yoxdu, ola da bilməz. İndiyə qədər heç kimə pislik eləməmişəm, heç kimin münasibətinə zərər verməmişim. Burda da eləcə, inanın mənə.

 

- Atanın xəstəxanada olduğunu söylədin. Niyə?

 

- Bəli, atam xəstəxanadadır. Sistem köçürülür. Astması var, nəfəsi tıxanır. Qəzetlərdə  əsassız xəbərlər çıxır. Bunlar mənə və ailəmə çox təsir edir. Mənim 2 oğlum var. Danışmadığım, ağzımdan çıxmayan, əsası olmayan şeylər yazılır. Onların da uşaqları var. Bəzi şeylər çox diqqətli yazılmalıdır. Məhkəmə davam edir. Heç kimin zərər görməsini istəmirəm, xüsusən uşaqların. Bu gün ətraflı danışılmırsa, səbəb uşaqlardır, böyüyəndə zərər görməmələridir. Ona görə bəzi durumlara müdaxilə edə bilmərəm. Sadəcə bu qədər müddət ərzində məni tanıyan insanlardan bir az anlayış və hörmət istəyirəm. Çünki heç kimə pislik etməmişəm.

LENT

20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017