İNANILMAZ OLAY: Doğuş sancısı çəkən kişinin halı pisləşdi - FOTOLAR

Bəzi kişilər doğuş sancısının fərqində olsalar da, əksəriyyəti bu ağrını elə də ciddiyə almır. Bəs kişilər doğuş sancısı çəksəydi, onlar buna necə reaksiya verərdilər?

 

Ailem.az xarici mediaya istinadən bildirir ki, iki kişi bu ağrıları şəxsən hiss etmək üçün təcrübə keçiriblər. Belə ki, onlar gerçək doğuş sancısı çəkmək qərarına gəliblər.

 

Həyat yoldaşları ilə birgə doğuş otağına götürülən iki dosta iynə vurularaq, süni sancı verilib. Onların hər ikisi bir müddət sonra bu ağrılara dayana bilməyəcək hala gəliblər. Lakin onlara verilən ağrı doğuş yox, sadəcə erkən doğuş sancısı idi...

 

 

Növbə həqiqi doğuş sancısına gəldikdə isə ağrı elə bir pis hal alıb ki, kişilərdən biri az qalıb qaytarsın.

 

 

Belə bir təcrübəni sınamaq üçün məxsusi olaraq analar gününü seçən kişilərdən biri isə "doğuşdan sonra" anasına mesaj göndərib. Mesajda “Bu, çox pis bir sınaq idi. Ana, məni dünyaya gətirərkən bu gün hiss etdiyim ağrının cüzi hissəsini belə hiss etmisənsə, səndən çox üzr istəyirəm. Sən bir super qəhrəmansan!”, - deyə bildirib.

 

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017