Siyasətçilərin şəkilləri çimərlik geyimlərinin üzərində - FOTOLAR

Qadınların çoxu çimərlik geyimi seçərkən seksual, zərif və rahat olacaq model axtarırlar. Ailem.az-ın təqdim etdiyi çimərlik geyimləri modellərində isə bunların heç birinə rast gəlməyəcəksiniz.

 

Biri 49.99 dollara satılan Srandex çimərlik geyimlərinin sinə və bel hissəsinin tükə bənzər naxışları yayın əvvəllərində çox söz-söhbətə səbəb olmuşdu. Bu dəfə isə marka məşhurların və siyasi xadimlərin şəkillərinin olduğu yeni kolleksiya ilə gündəmə gəlib.

Bu kolleksiyada Vladimir Putin, Kim Yong Un, Donald Trump və Hillari Klinton kimi siyasi liderlər, Tiger Woods, Steve Buscemi, Kanye West ve Nicholas Cage kimi məşhurların şəkilləri olan geyimlər var.

 

Bu çimərlik geyimlərini kim geyinəcək bilmirik, amma çimərlikdə onların barmaqla göstəriləcəyinə əminik.

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017