Gözlərinizə inanmayacaqsınız: 6 aylıq hamilə olsa da... - FOTO

Amerikalı model 33 yaşlı Sarah Stage hamiləlik görüntüləri ilə hər kəsi heyrətləndirib.

Ailem.az xarici mətbuata istinadən bildirir ki, Sarah Stage hazırda altı aylıq hamilədir. Ancaq onu görənlər hamilə olduğuna inanmaqda çətinlik çəkirlər. Çünki onun qarnı düppədüzdür.

Buna görə də Stage hamilə olduğuna inanmayanlar üçün instagram hesabından bətnindəki uşağın USM görüntülərini paylaşıb.

 

Mükəmməl bədən quruluşuna malik olan model uşağın 900 qram olduğunu, inkişafının çox yaxşı getdiyini bildirərək onu təbrik edənlərə təşəkkür edib.

 

Bildirək ki, bu, instagramda 2 milyondan çox izləyicisi olan seksual modelin bu ilk uşağı deyil. Onun 2 yaşında bir oğlu da var.

LENT

11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017