Xanımların nəzərinə: tüklənmə sonsuzluq yaradır

“Gözəllik ondur, doqquzu dondur” deyimi hər zaman üçün örnək göstərilsə də, bəzən işə yaramır. Belə ki, qadını dondan çox gözəl və təravətli göstərən həm də onun dərisidir. Son illər qadınları ən çox narahat edən isə dərinin gözəlliyinə xələl gətirən arzuolunmaz tüklərdir. Bəzi qadınlarda qara tüklərin normalda olmayacağı nahiyələrdə çıxması və sürətlə artması müşahidə edilir. Bu, gənc qadınlarda daha çox rast gəlinir. Həkimlər aşırı tüklənməni sonsuzluq səbəbi kimi də göstərirlər.

 

Ailem.az modern.az saytına istinadən məlumatına görə, endokrinoloq Sevda Qafarova qadınlarda tüklənmənin hormonal pozğunluq, əsasən də kişi cinsi hormonu - testesteronun artması nəticəsində əmələ gəldiyini bildirib:

 

Tüklü qadınların hamısında hormonal pozğunluq var?

 

“Amma tüklənmə şikayəti ilə müraciət edən qadınların hamısında hormonal pozğunluq olmur. Tükləri artıran kişilik hormonları qadınlarda ya yumurtalıqlarda, ya da böyrəküstü vəzidə yaranır.

Cinsi yetkinlik dövründən öncə tüklər açıq-sarı rəngli və incə olur. Bunlara vellus tüklər deyilir. Cinsi yetkinlik dövrünün sonunda hormonlar incə tükləri qalınlaşdırır ki, bunlara terminal tüklər deyilir. Terminal tüklərin qoltuqaltı, genital nahiyyədə çıxması normaldır. Bədəndə cəmi 5 milyon tük folikulu mövcuddur. Bunların təqribən 100 mini baş dərisindədir. Dodaq mukozası, ovuc içi və ayaq altı xaric bütün bədən tüklərlə örtülüdür. Qadınlarda doğuşdan sonra çox az miqdarda tük folikulu yaranır, 40 yaşından sonra isə tük folikul sayı azalmağa başlayır”.

 

 “Lazer tüklər üçün 2 il effektlidir”

 

Endokrinoloq bildirir ki, tüklənmə dedikdə bığ nahiyyəsində, çənə altında, süd vəzi ucları və arasında, qarında, budun üstündə, kürək nahiyəsində əmələ gələn tüklər nəzərdə tutulur: “Ön qol, baldır, ayağın diz altı hissəsindəki tüklər hormondan asılı deyil. Yəni bu bölgələrdəki tüklər hormon müalicəsiylə azalmır. Tüklənmə şikayəti ilə müraciət edən xəstədə ilk yoxlanacaq total testesteron hormonudur. Bundan başqa LH, FSH,DHEAS, 17 OH Progesteron, Prolaktin, TSH, İnsulin, kortizol təhlillərin edilməsinə ehtiyac ola bilər. Əlbəttə, bunlardan hansının və ya əlavə hansı analizə ehtiyac olduğunu həkim xəstəni müayinə etdikdən sonra qərar verir.

Aşırı tüklənmə-hirsutizmin müalicəsində lazer epilyasiya və s. kimi lokal müalicələr effektlidir. Tükləri qırxmaq yeni tük yaranmasına səbəb olmur. Lazer epilyasiyası hirsutizmi 2 ilə qədər müalicə edə bilir. Lakin tüklənmənin səbəbləri müalicə olunmazsa, lazer epilyasiyanın effektivliyi də olmaz”.

 

“Tüklərdən azad olmaq istəyirsinizsə, daim hərəkət edin”

 

Həkimin sözlərinə görə, həftədə 150 dəqiqəlik fiziki aktivlik və aşağı kalorili qidalanma vacibdir: “Bu zaman ümumi bədən çəkisinin 5-10 %-i itirildikdə aybaşı pozğunluğu və tüklənmədə əhəmiyyətli dərəcədə düzəlmə olur. Çünki tüklənmə səbəblərindən biri də insulin dirəncidir. Bildiyiniz kimi bu, artıq çəkiyə və tüklənməyə gətirib çıxaran amillərdəndir. Tüklənmə yaradan səbəblərdən biri də piylənmədir. Eyni zamanda, dərman pereparatları da xanımlarda xoşagəlməz tüklənmə hallarına səbəb ola bilir. Bəzən hansısa xəstəlik üçün təyin edilən dərman da tüklənməyə gətirib çıxarır”. 

 

Sonsuzluq səbəbi...

 

S.Qafarova qeyd edir ki, tüklənmə hormonal problemə bağlıdırsa, bu, sonsuzluğa səbəb ola bilir. Endokrinoloq qadınlarda tüklənmənin artması fikirlərilə razılaşmır: “Bizdə bu, bir az da genetik xarakter daşıyır. Bu hər zaman üçün aktual olub. Qadınlarda tüklənmə indi yaranan problem deyil”.

LENT

11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017