Eldar Qasımov: "Pula görə evlənir, 6 ay sonra da boşanırlar"

“Hələ ki, həyatımda heç kim yoxdur. Ancaq özümü sevirəm. Kimsə toy üstündə piar edib, pul qazana bilər. Toy edirlər ki, pul qazansın, yarım ildən sonra da boşanırlar”.

 

Ailem.az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri müğənni Eldar Qasımov “Lider maqazin”ə açıqlamasında deyib.

 

Sənətçi şou-biznesdəki toyların əksəriyyətini saxta adlandırıb: “Heç vaxt kiməsə görə evlənmərəm. Heç kim vecimə deyil. Mənim reklamım musiqim, işimdir. Mənim üçün ailə quracağım xanım ağıllı olmalıdır. Bəlkə bir neçə il əvvəl deyərdim ki, sarışın, ayaqları uzun qız bəyənirəm. İndi onlara fikir vermirəm. Sadəcə görüşmək xatirinə kiminləsə görüşmərəm. Birgə yaşamaq üçün tərəflərdən biri ağıllı olmalıdır. Bizdə də xanım olsa yaxşıdır”.

LENT

20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017