Kababdan zəhərlənmək mümkündür? - Peşəkarlar məsləhətlərini verirlər - VİDEO

Şəmkirdə 15 nəfərə yaxın uşaq, qadın və kişinin kababdan zəhərlənməsi haqda xəbər vermişdik. Ad günündə yeyib-içəndən sonra zəhərlənən insanlar infeksion xəstəxanalara yerləşdirilmişdilər. Zəhərlənmənin kababdan baş verməsi isə ilk dəfə rast gəlinən hadisə idi. Kabab məclislərimizdə ən çox istifadə olunan yeməklərdəndir. Buna görə kababdan zəhərlənmə xəbəri insanları narahat etməyə bilməz. Araşdırmağa çalışmışıq ki, kababdan zəhərlənmə hansı hallarda ola bilər?

 

Ailem.az xezerxeber.az-a istinadən bildirir ki, kababdan zəhərlənmə halı ilk dəfədir müşahidə olunur. Ən çox istifadə olunan yeməklərdən sayılan kababdan zəhərlənmə peşəkar kababçıları da təəccübləndirib.

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov hesab edir ki, yay fəsli olduğundan əti günün altında çox saxlamaq onun tez xarab olmasına, xəstəlik yaradan mikroblarla zənginləşməsinə səbəb olur. Belə ət zəhərlənməyə səbəb ola bilər. Digər səbəb isə ətin yaxşı bişirilməməsidir.

 

Baş kulinar deyir ki, kabab bişirməyi insanlar adi iş kimi qəbul etsə də, əslində kababçılıq xüsusi hazırlıq tələb edən bir peşədir. Üstəlik, kabab yerində bişirilib verilməlidir. Bişmiş kababı xeyli müddət saxlamaq fəsadlar verə bilər.

 

40 ildir kababçı işləyən Ədalət İsgəndərovdan da əla kabab bişirməyin qaydalarını soruşduq.

Kababın yanında yeyilən tərəvəz və ya turşunun təzə, təmiz və keyfiyyətli olmasına da fikir vermək lazımdır.

 

 

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017