Ağ gilas mürəbbəsini belə bişirin – HAZIRLANMA QAYDASI

Ağ gilas bir meyvə kimi demək olar ki, hər kəsin xoşuna gəlir. Hamı çalışır ki, gilas mövsümü sovuşmamış bu ləzzətli meyvədən doyunca dadsın. Həmçinin ağ gilas mürəbbəsini də xüsusi sevənlər var. Amma hər kəs də ağ gilasın mürəbbəsini yaxşı bişirə bilmir. Əksər hallarda ya gilaslar əzilir, ya da suyu bal kimi şəffaf süzülmək əvəzinə, bəhməz kimi tünd və qatı olur. Buna görə də Ailem.az sizə ağ gilasın asan bişirilmə qaydasını təqdim edir.

 

Tərkibi:

 

1 kilo ağ gilas

700 qr şəkər tozu (üstünü örtəcək qədər)


Hazırlanma qaydası:

 

Yuduğunuz gilasların dənəsini çıxarıb ləyənə tökün. Üzərinə şəkər tozunu əlavə edin. Bir gecə soyuducuda saxlayandan sonra səhərisi gün vam odda şəkər tozu əriyib gilaslar yumşalana qədər bişirin. Yumşalan gilasları çox dağılmaması üçün iri kəfkirlə başqa bir qaba yığın. Şərbətini isə 10 dəqiqə qaynadın. Sonra gilasları əlavə edib 3-4 dəqiqə bişirərək ocağı söndürün. İsti-isti bankalara yığıb ağzını möhkəm bağlayın.

 

Tövsiyə: Mürəbbəni bişirərkən içinə portağal, limon qabığı da rəndələyə bilərsiniz.

 

Nuş olsun

 

LENT

11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017