Dünyanın ən kiçik və ən gözəl quşları - FOTOSESSİYA

Kolibri dünyada ən kiçik və geriyə uça bilən yeganə quşdur. Daha çox Kanadanın cənubundan Cənubi Amerikanın cənub qurtaracağına qədər olan yerlərdə yaşayırlar. 330-dan çox növü məlumdur. Ən böyük növünün uzunluğu cəmi 22 sm-dir. Ən kiçik kolibrinin uzunluğu isə 6 sm, çəkisi 2 qramdır. Növünə bağlı olaraq saniyədə 15-80 dəfə qanad çala bilirlər.

 

Kolibri uzun dimdiyə malikdir. Dimdiyi vasitəsilə çiçəklərdən şirə çəkərək qidalanır.

Bu möcüzəvi quş yuvasını otlardan hörür. Yuvası qoz böyüklüyündə, yumurtaları isə  noxud boyda olur. Əgər hər hansı yırtıcı kolibrinin yuvasına yaxınlaşarsa, cəld havaya qalxıb dimdiyini ox kimi onun gözünə sancır.

 

Quşlar aləminin ən parıltılı tükləri və ən dəbdəbəli bəzəklərinin bəziləri kolibri quşlarında görülür. Onların lələkləri o qədər gözəldir ki, qiymətli daşa bənzəyir. Günəş işığında lələkləri parıldayır və rəngini dəyişir. 

 

Ailem.az kolibri quşunun bir neçə növünün fotolarını təqdim edir.

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017