Köpək baliqlarını hipnoz edirlər, çünki...

Atlantik okeanındakı Baham adalarında dalğıclıqla məşğul olan Gragam Gibson köpək balıqlarını ovucunun içində yatızdırmağı bacarır. G.Gibson məşhur jurnalistlərlə birlikdə dənizin dibinə enib və köpək balıqlarını hipnoz edib.

 

O, əvvəlcə təhlükəli balıqların yanına yaxınlaşıb, əli ilə onların burunlarını ovuşdurub. Daha sonra isə balıqlar başlarını onun ovucunun içinə qoyaraq yatıblar. Köpək balıqlarının bu görüntüsü hər kəsi şoka salıb.

 

Köpək balıqları haqqında çəkilmiş bu videonu izləyən mütəxəssislər isə onları burunlarını ovuşduraraq hipnoz etməyin mümkün olduğunu deyiblər. Məlumatlara görə, bu balıqlar hipnoz edildikdən sonra 15 dəqiqə ərzində yatırlar, daha sonra isə heç nə olmamış kimi oyanırlar.

 

LENT

11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017