Məşhur boksçu xanımını yataqda Bred Pittlə tutdu və... - FOTOLAR

Ötən əsrin 80 və 90-cı illərində Hollivudun ən yaraşıqlı aktyorlarından olan Bred Pitt tez-tez sevgili dəyişirdi. Demək olar ki, çəkildiyi hər filmdəki tərəf müqabili ilə münasibət yaşadı. Sonra nə oldusa oldu: birdən “6 uşaqlı ailə atası”ına çevrildi. İndi isə iki dəfə boşanmış, bir az yaşlanmış halda Hollivud küçələrində gəzişir...

 

Ailem.az bir müddət öncə Ancelina Colidən boşanan, dünyanın ən məşhur aktyorlarından biri olan Bred Pittin 15 məşhur sevgilisini təqdim edir.

 

1. Shalane McCall: Ekran önündə ilk öpüş...

24 yaşlı gənc Bred 1987-ci ildə “Dallas” serialının 4 seriyasında qonaq aktyor kimi çəkilir. Və 15 yaşlı aktrisa Shalane McCall ilə o zaman tanış olur. Onlar rol xətrinə ekran önündə öpüşürlər, həmçinin bu əlaqələrini ekran arxasında da davam etdirməyə başlayırlar. Çəkiliş bitdikdən sonra Bred öz həyatına döndüyündə onların arasındakı münasibət də bitir.

 

2. Sinitta: Televiziyada gördüyü an aşiq oldu

İngilis müğənni Sinittanı televiziyada görən kimi aşiq olan Bred Pitt dərhal menecerinə zəng vuraraq, onunla tanış olmaq istədiyini bildirib. Beləliklə, 1987-1988-ci illər arasında onlar böyük eşq yaşayıblar. Aralarındakı əlaqəni bitirən tərəf isə Sinitta olur. O, sonradan mediaya verdiyi müsahibələrin birində həmin günləri xatırlayaraq, “Bred inanılmaz bədəniylə çox gözəl, həm də əyləncəli, gənc və şirin idi", - deyib.

 

 3. Robin Givens: Həyat yoldaşı Mayk Tayson onları yataqda tutur


 

1989-cu ildə Bred Pitt Robin Givensin rol aldığı “Head of the Class” serialına çəkilir. Robin o zamanlar Mayk Taysonla evli olmasına baxmayaraq, Bred Pittlə gizli əlaqə yaşamağa başlayır. Bir gün Mayk Tayson onları yataqda tutur və Bred Pittə həyatı zindan edir.
 

4. Christina Arrlegate: Qırmızı xalıda tərk edildi


 

1989-cu ildə Bred və “Married With Children” serialının aktyoru Christina Arrlegate bir-birindən xoşlanmağa başlayır. Ta ki, MTV Film mükafatları gecəsində yaşanan o hadisəyə qədər...

Onlar gecəyə birlikdə gedir. Hər şey tamamilə gözəl keçirdi. Amma qırmızı xalıda gedərkən birdən Christina Bredin qolundan çıxır və başqa adamın qoluna girir. Beləliklə, heç kim nə olduğunu anlamadan onların münasibəti bitir.

 

5. Yill Schoelen: Evlənmə təklif etdiyi ilk qadın

“Cutting Class” filminin çəkiliş meydançasında tanış olan Bred və Yill flirt etməyə başlayırlar. 1989-cu ildə Bred Yillə evlənmə təklif edir. Onlar üç ay nişanlı qalırlar. Sonra Yill bir rejissora aşiq olaraq, Bredi tərk edir.

 

6. E.G. Daily: Bir-birinə tay olan cütlük

Yill ilə ayrıldıqdan sonra eşq acısı yaşayan Bredə kömək olan qadın pop ifaçısı E.G. Daily olur. Onların münasibəti elə də uzun çəkmir.

 

7. Yuliette Levis: 4 il çəkən böyük eşq

27 yaşlı Bred Pitt, ilk dəfə özündən məşhur bir qadınla münasibət yaşamağa başlayır. “Young to Die?” serialının baş rol ifaçısı Yuliettenin 17 yaşı var idi o zaman. 4 il çəkən böyük eşqdən illər sonra

Yuliette eks sevgilisi haqqında yaxşı şeylər söyləyir: "Bizim 4 il boyunca birlikdə olduğumuzu eşidən insanlar çox heyrətlənirlər və bu, məni də heyrətləndirir. O zamanlar yeniyetməlik dövründə idim, həyatımı yaşayırdım. Liseyə gedirdim, hər şey çox gözəl idi. Çox əyləndiyim, sevdiyim, ağıllı bir kişi ilə sevgili idim. Sonra bitdi, ayrıldıq. Bred birdən-birə inanılmaz məşhur oldu".
 

8. Geena Davis: Bred Pittin yüksəliş dövrü sevgilisi

1991-ci ildə çəkilən “Thelma & Louise” filmi üçün Geena ilə sevişmə səhnəsinə çəkilən Bred birdən-birə Hollivudun yeni seks simvolu oldu. Bred və Geena bir müddət mediadan gizli eşq yaşadılar.

 

9. Yulia Ormond: Yenə bir film macərası

1994-cü ildə çəkilən “Legends of the Fall” filmində iki aşiqi canlandıran Bred və Yulia həyatda da sevgili oldular, amma bunu əsla etiraf etmədilər.

 

10. Thandie Newton: 22 yaşlı sevgili

1994-cü ildə “Interview with the Vampire” filmində tanış olan cütlük bir il sevgili oldular. O zaman Thandienin 22 yaşı var idi. 

 

11. Claire Forlani: Galaya ilk dəfə sevgilisi ilə qatıldı

1998-ci il tarixli əfsane “Meet Yoe Black” filminin qalasına Bred Pitt yeni sevgilisi Claire ilə əl-ələ qatılır.

 

12. Demi Mur

Deminin 1998-ci ildə Bred ilə çox qısa bir əlaqə yaşadığı məlumdur.

 

13. Gvines Paltrou: Evlənmə təklif etdiyi ikinci qadın

1994-1997-ci illər arasında sevgili olan Bred və Gvines “'Seven” filminin çəkiliş meydançasında tanış olurlar. Onlar münasibətlərini əlaqələrini heç bir zaman gizlətmirlər. 1996-cı ildə "Qızıl Qlobus" mükafat mərasimində Bred Pitt səhnəyə çıxır, sevgilisinə “Mələyim, həyatımın eşqi”, - deyərək evlənmə təklif edir. Onlar 7 ay nişanlı qaldıqdan sonra ayrılırlar. İllər sonra 2015-ci ildə Gvines bir müsahibəsində bunları söyləyir: "Bredə çox aşiq idim. Möhtəşəm, çok şirin idi. Ayrıldığımızda atam pərişan oldu. Amma Bredlə tanış olduğumda 22 yaşında bir uşaq idim. Ağlımı başıma yığmağım üçün 40 yaşı çatmağım lazım idi. 22 yaşında ikən evlənmə qərarı verə bilməzsiniz. Mən də hazır deyildim. Həm də Bred mənim üçün həddindən çox yaxşı idi".

 

14. Cennifer Aniston: Əsla uşaq istəmədi

Cennifer və Bred 1998-ci ildə menecerlərinin təşkil etdiyi bir axşam yeməyində tanış oldular. Hollivudun qızıl cütlüyü 2 ildən artıq flirt etdikdən sonra 1 milyon dollar xərclədikləri lüks toy mərasimi ilə Malibuda həyatlarını birləşdirdilər. 2004-cü ildə isə Bred Pitt “Mr. and Mrs. Smith” filminin çəkilişlərinə başlayır. Əslində tərəf müqabili Nikol Kidman olacaqdı, amma son anda bir anlaşılmazlıq olur və onun yerinə Ancelina Coli gəlir.

Deyilənlərə görə, bu ərəfələrdə Cennifer uşaq istəmədiyi üçün cütlük ayrılma həddində idi. Bunun üstünə də Ancelina Coli ilə dedi-qoduları çıxınca Cennifer boşanma ərizəsi yazır. Beləliklə, 4 il yarımlıq evlilik bitir.

 

15. Ancelina Coli: Bredin yeni eşqi...

Hər kəs Ancelinanın şübhəsiz Bredin yeni sevgilisi olduğunu qəbul etdi. Bred 2005-ci ildə boşandıqdan sonra cütlük tamamilə yaxınlaşdı və indi 6 uşaq sahibidirlər: Maddox, Zahara, Pax, Shiloh və əkizlər Knox ilə Vivienne.

Lakin Bred Pittin bu dəfə də bir başqa rol yoldaşı Marion Cottilard ilə əlaqə yaşadığı dedi-qoduları yayılmağa başlayır. Başqa iddialara görə, Ancelina valideynlik vəzifələrini yerinə yetirmədiyi üçün Bred ondan çox şikayətçi idi.

Gerçək səbəbin nə olduğundan asılı olmayaraq, onlar da boşandılar və bu evlilik də tarixin bir parçasına çevrildi...

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017