72 kilo çəkisi olan maniken: ““Böyük bədən” deyə bir şey yoxdur” - FOTOLAR

Maniken dedikdə gözümüzün önünə 0 bədən, hündür boylu, uzun ayaqlı xanımlar gəlir. Amma 23 yaşlı maniken Stefania Ferrario bu düşüncənin səhv olduğunu iddia edir.

 

Ailem.az xarici mətbuata istinadən bildirir ki, Stefania Ferrario karyerasına 16 yaşında 55 kiloqram çəki ilə başlayıb. Getdiyi hər iş görüşməsindən "arıqlamalısınız" sözünü eşidərək geri qaytarılıb. Amma ruhdan düşməyib və istəyi uğrunda mübarizə aparıb.

 

Hazırda avstraliyalı manikenin boyu 1.72 sm, çəkisi 75 kilodur. “Böyük bədən” deyiminin səhv olduğunu düşünən Stefania xüsusilə moda dünyasının insanları yanıltdığını düşünür. O hesab edir ki, bir qadın ya L, ya XL bədən ölçüsünə malikdir. Model “böyük bədən” deyiminin səhv olduğunu sosial media hesabında da sıx-sıx dilə gətirib.

 

Ferrarionun fikrincə, “böyük bədən” ifadəsi aradan götürüldüyü təqdirdə qadınlar podiumda sərgilənən geyimlərin onlara necə yaraşacağını daha rahat xəyal edə biləcəklər. 

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017