Limon mürəbbəsi belə bişirilir - RESEPT

Limon mürəbbəsi ilə siz də səhər süfrələrinizi bəzəyə bilərsiniz. Ailem.az turş dadı sevənlərin imtina etməyəcəyi limon mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.

Bu mürəbbəni hazırlamaq üçün limon, şəkər tozu və su lazımdır.

 

- 4 ədəd limon

- 2 stəkan şəkər tozu

- 1 stəkan su

 

Hazırlanması:

 

Limonları yuyun, ağ hissələri qalacaq şəkildə qabığını nazik bıçaqla soyun. Soyduqdan sonra xırda dilimlərə ayırın. Limonların üzərinə şəkər tozu əlavə edib saxlayın.

Limonların su salmasını gözlədiyiniz müddətdə limon qabıqlarının üzərinə qaynar su əlavə edin, 5 dəqiqə sonra suyu süzün. Bunu 3 dəfə təkrar edin.

Daha sonra sulanan limon-şəkər tozu qarışımının üstünə həmin suyu töküb qaynadın.

Qaynamağa başlayanda doğradığınız limon qabıqlarını da əlavə edin.

Ara-sıra qarışdıraraq, 40 dəqiqə vam odda bişirin. Soyuyandan sonra balona yığıb soyuducuda saxlayın.

 

Nuş olsun!

 

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017