Səhər ac qarına limonlu isti su içsəniz... – MÖCÜZƏVİ FAYDALARI

Suyun insan orqanizmi üçün inanılmaz faydaları barədə demək olar ki, hər kəs bilir. Eləcə də limonun sağlamlığa faydaları çoxların məlumdur. Amma limonlu isti suyun faydalarını bilənlər azdır. Ailem.az bu yazısında limonlu isti suyun faydalarından danışacaq.

 

Bağırsaqları işlədir

 

Ac qarına hər səhər bir stəkan isti və ya ilıq limonlu su içmək bağırsaqların doğru işləməsinə şərait yaradır.

 

Arıqlamağa kömək edir

 

Səhərləri içəcəyiniz bir stəkan limonlu isti su həzmi yaxşılaşdıraraq, arıqlamağa kömək edəcək.

 

Burun və boğaz tutulmasının qarşısını alır

 

İsti su soyuqdəyməyə, öskürək və boğaz ağrısına kömək edir. Bəlğəmi aparır, nəfəs borusuna yaxşı təsir edir.

 

Menstruasiya ağrılarını azaldır

 

İsti su menstruasiya ağrılarını azaltmağa kömək edir. Suyun istiliyi qarın əzələlərində sakitləşdirici təsirə malikdir.

 

Qocalmanın qarşısını alır

 

İsti su içmək dərinin elastikliyini artırır, dəri hüceyrələrini bərpa edir və daha hamar  cildə sahib olmağa səbəb olur.

 

Saçlarınızı canlandırır və uzadır

 

İsti su içmək yumşaq, parlaq saç əldə etmək üçün də yaxşı bir yoldur. Saç kökündəki sinir uclarını hərəkətə gətirir. Eyni zamanda saçların inkişafını da sürətləndirir.

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017