Uzun ömürlü 13 bacı-qardaşın SİRRİ

Ümumi yaşları üst-üstə 1073 il olan şimali irlandiyalı 13 bacı və qardaş sağlamlıqlarının və uzun ömür sürmələrinin sirrini açıb.

 

Ailem.az Azertag.az-a istinadən bildirir ki, Donelli ailəsi bu ilin ən qocaman ailəsi olaraq "Ginnesin rekordlar kitabı"na daxil edilib. Qardaşların ən böyüyünün 93, ən kiçiyinin isə 72 yaşı var. Onlar atalarından yatmazdan əvvəl "isti bir şey" yemək adətini götürüblər. Kiçik qardaş Co axşam saat 10 radələrində bir qayda olaraq yulaf yarması, səhər saat 7-də isə yulaf, süd və bir qədər də alma cemi yediklərini bildirib.

Qan təzyiqini normallaşdıran, xolesterinin səviyyəsini aşağı salan, ürəyi qoruyan yulaf yarması, həmçinin şəkərli diabetə qarşı profilaktik vasitədir.

 

Donelli ailəsi ömür boyu yalnız öz bağçalarında yetişdirdikləri meyvə-tərəvəz və digər təbii ərzaqlarla, həmçinin öz toyuqlarının yumurtaları ilə qidalanıb. Onlar hətta çörəyi belə özləri bişirib, alkoqollu içkiləri isə nadir halda qəbul ediblər.

 

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017