Tolik: “Müəllim işləyən anamın qarmonunu satdım”

Prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə anasının fotosunu paylaşaraq xatirəsini bölüşüb. 


Ailem.az-ın məlumatına görə, o, anasının qarmonunu satdığını və buna görə indi peşman olduğunu etiraf edib: “Canım anam illərlə qarmon müəlliməliyi etdi. Tələbələri də var. İndi də onlardan bəzilərini görürəm. Almaniyaya yaşamağa gedəndə mən onun qarmonunu satdım. Bu, çoxdan – bəlkə də 20 il bundan qabaq olub. Amma indi o qarmonu tapsaydım, alıb anama hədiyyə edərdim. Bu, anama ən böyük hədiyyə olardı. Uşaqlıqda insan çox səhv edə bilər. Allah anama can sağlığı versin”.

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018