Yatağınızın yanına limon qoysanız... - İNANILMAZDIR

Səhər yuxudan durduqda özünüzü yorğun hiss edirsiniz? Problemi aradan qaldırmaq üçün Ailem.az çox sadə məsləhəti diqqətinizə çatdırır.

 

Limonun faydaları haqqında çox eşitmişik. Lakin limon dilimləriylə yatmağın sağlamlığa faydalı olduğunu çoxumuz bilmirik. Axşam yatmazdan qabaq yatağınızın yanına bir neçə limon dilimi qoyun. Bunun sayəsində səhər günə daha enerjili və xoşbəxt başlayacaqsınız. Xüsusilə bu vasitə astma və allergiyası olan şəxslərin gecə boyunca çox rahat yatmasına şərait yaradır. Həmçinin daha rahat nəfəs almağınıza stimul verir. Yatağınızın yanına qoyduğunuz limon gecə boyu otaqdakı havanı təzələyəcək, yaydığı gözəl ətir sayəsində yuxudan stressiz şəkildə oyanmağınıza da kömək edəcək.

 

Beləliklə, 3-5 limon dilimini yatağınızın yanına qoymağın inanılmaz faydaları:

 

- Otağınızın qoxusu dəyişəcək, eyni zamanda içəridəki bakteriya və viruslar qısa zaman ərzində yoxa çıxacaq.

 

- Soyuqdəymə, qrip kimi xəstəliklərə tutulma riski minimuma enəcək. Hətta astma xəstəsisinizsə, tutmalara mane olaraq daha rahat nəfəs almanıza kömək olacaq.

 

- Axşamdan qalma mənfi hiss və həyəcanları üzərinizdən ataraq daha yaxşı və rahat formada yatacaqsınız.

 

- Limonun tərkibindəki antioksidantlar baş ağrısının qarşısını alır.

 

- Enerjili içkilərin verdiyi enerjidən daha çoxuna sahib olmağınızı təmin edəcək.

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017