Dünyanın ən uzun ilanı öldü

Dünyanın ən uzun pitonu Malaziyada ölüb.

 

İlan tikinti meydanlarından birinin ortasında, üstünə ağac yıxılmış vəziyyətdə tapılıb. Ehtimal edilir ki, bu, qəza deyil, qəsdən ilanı öldürmə əməliyyatı olub. İlan bu günə qədər yaxalanan hər hansı ilandan fərqli olaraq, öz uzunluğuna görə tarixə düşə bilər. Belə ki, onun uzunluğu 8 metrdir. Amma hazırda Ginnesin Rekordlar Kitabında ən uzun ilan kimi qeydiyyata düşən ilanın uzunluğu 7 metr 67 santimetrdir. Bundan başqa, o, çəkisinə görə də hazırda ən ağır ilanı geridə qalıb. Belə ki, onun çəkisi 250 kilodur. Amma amerikan ilanı cəmi 158 kilo olub.

 

Hələlik Malaziya ilanının çəki və uzunluğunu könüllülər müəyyənləşdiriblər. Rekord qeydiyyatçıları tərəfindən hər hansı yoxlama baş verməyib.(musavat.com)

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018