Anası azərbaycanlı olan model 2-ci dəfə ərə getdi - TOYDAN FOTOLAR

33 yaşlı italiyalı model Byanka Balti sevgilisi Mett Makroya ərə gedib.

 

Ailem.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, Kalifornoiyada keçirilən toy mərasimində cütlüyün ailə üzvləri və dostları iştirak edib. Byanka özəl günü üçün “Dolce&Gabbana”dan gəlinlik geyinməyə üstünlük verib. Makroy da bu brendə məxsus bəy kostyumu geyinib.

 

Byanka ilə Mett artıq 3 ildir ki, birlikdədir. 2014-cü ildə  sevgili olan cütlüyün artıq 2015-ci ilin aprelində Miyu adlı qızları dünyaya gəlib. Byankanın keçmiş əri, fotoqraf Kristian Luççididən Matilda adlı qızı da var.  

 

Qeyd edək ki, Byanka Baltinin atası italiyalı, anası isə azərbaycanlıdır.

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017