58 yaşlı begemot, 26 yaşlı ayı… - Kiyev zooparkından HEYRƏTAMİZ GÖRÜNTÜLƏR

Kiyev zooparkı Avropanın ən böyük zooloji parklarından biri hesab edilir. Həmin zooparkın 100 ildən artıq yaşı var və  34 hektarda yerləşir.

 

Ailem.az Azertag.az-a istinadən bildirir ki, hazırda burada 368 növ canlı bəslənilir. 1909-cu ildə fəaliyyətə başlayanda isə zooparkda 115 növ canlı mövcud idi. Zooparkın ərazisində, həmçinin 130 növdən artıq ağac və bitki bəslənilir. Zoopark ən yaşlı canlıları ilə də seçilir. Belə ki, burada 26 yaşlı ayı, 60-dan yuxarı kazur quşu, 58 yaşlı begemot və digər yaşlı canlılar yaşayır.

 

Ekskursiyası 2 saata yaxın davam edən zooparkın saxlanılması üçün Kiyev Şəhər Administrasiyasının büdcəsindən və digər fondlar tərəfindən pul ayrılır.

 

Ailem.az zooparkdan olan fotosessiyanı təqdim edir

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018