Xərçəng xəstəsinin son arzusu - buzlu içki...

Pankreas xərçəngi xəstəliyinə görə son günlərini Vaşinqtonda bir xəstəxanada keçirən Emili Pomeranz doğulduğu qəsəbədəki bir restoranın qəhvəli və şokolad qarışıq olan “milkshake” adlı içkini özlədiyini tez-tez deyib.

 

Ailem.az musavat.com-a istinadən bildirir ki, qadının yaxın dostu Sam Klein bu sifarişi təşkil etmək üçün Ohio ştatındakı Tommy's adlı restorana bir e-mail yollayıb. Kleynə bir neçə gün sonra restoranın sahibi Tommi Fellodan bir zəng gəlib. “Narahat olmayın, bunu gerçəkləşdirmənin bir yolunu tapacağıq” deyərək, telefonu qapadan Fello bunu necə bacaracaqlarının cavabını isə bilməyib. 

 

47 ildir eyni restorana sahiblik edən Tommy Fello içkini quru buza qoyub və 123 dollar pul ödəyərək, 600 kilometr uzaqlıqdakı xəstəxanaya “sürətli çatdırılma” ilə göndərib. İçki ölümündən 4 gün əvvəl xəstəxanaya çatdırılıb. 50 yaşındakı Emili Pomeranzın öz “milkshake”dən qurtum alanda çox xoşbəxt olduğunu deyən Sam Klein itirdiyi dostu haqqında da bunları söyləyib: “Emili indi bizimlə olmasa da, bu hekayəni eşidən insanların özünü yaxşı hiss etməsinə görə xoşbəxtdir, mən buna əminəm”.

 

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017