Bədəni qüvvətləndirir, ürəyi qoruyur... - Bal və darçının ŞƏFALI TƏSİRLƏRİ

Bal, dəmir, kalsium, fosfat, potasium, maqnezium kimi minerallardan ibarətdir. Həmçinin içində B1, B2, B3, B6 vitaminləri var. Darçın isə antioksidant qaynağıdır və bu iki dad bir yerə gəldikdə möcüzəvi təsir yaradır. Həzm sistemini yaxşılaşdırır və orqanizmi viruslardan qoruyur. Ailem.az sizə faydalı olacaq bal və darçın reseptlərini təqdim edir.

 

Orqanizmi qüvvətləndirir

 

1 xörək qaşığı bala yarım qaşıq darçın tozu qatıb qarışdırın. Bunu gündə iki dəfə yeyin.

İstəsəniz, limon suyu ilə bir stəkan ilıq suyu qarışdırıb içə biliərsiniz.

 

Sızanaqları aradan qaldırır

 

Bal və darçın qarışımı sızanaqları azaltmağa və dəridəki infeksiyaların qarşısını almağa kömək edir. Həm də bal dərini nəmli tutur və sızanağa səbəb olan bağlanmış məsamələri təmizləyir.

 

1 çay qaşığı bala yarım çay qaşığı darçın əlavə edib qarışdırın. Sızanaqlı yerlərə sürtün. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bunu gündə bir-iki dəfə təkrar edin.

 

Yuxunu tənzimləyir


Bal və darçının anti-iltihab xüsusiyyətləri boğazdakı narahatlıqları aparır. Beləliklə, adam rahat bir yuxu yatır.

1-2 çay qaşığı darçın tozunu bir fincan isti su ilə qarışdırın. Üzərinə 1 yemək qaşığı bal əlavə edib, yatmazdan öncə hər gün için. Bunu süd ilə də hazırlaya bilərsiniz.

 

Ürək xəstəliklərinə kömək edir

 

Bal və darçın ürək sağlamlığınıza yaxşı təsir edir. Hər səhər yediyiniz bal və darçın

xolesterolu əridərək xəstələri ürək tutmasından qoruyur.

 

Arıqlamağa kömək edir

 

Darçın metabolizmanın işləməsinə kömək edir və ürəyinizin şirin bir şey istəməsinə mane olur. Həm də qandakı qlükoza səviyyəsini tənzimləyib, orqanizmdəki artıq yağ və mayeni atmağa kömək edir.

 

Bir stəkan isti suya yarım çay qaşığı darçın tozu səpin. Sonra bir çay qaşığı təbii bal əlavə edin. Səhər və axşam olmaqla gündə iki dəfə için.

 

Öskürəyi aradan qaldırır


Soyuqdəymə şikayəti olanlar darçınla qarışdırılmış bir qaşıq ilıq bal yesə, faydasını dərhal hiss edəcək. Bu vasitə xroniki öskürəyi, soyuqdəyməni müalicə edir.

 

1 xörək qaşığı balı eyni miqdarda ilıq suya qatın. Sonra yarım çay qaşığı darçın tozuyla qarışdırın. Hazırladığınız bu qarışımdan gündə iki dəfə için.

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017