Artıq kilolarınızla vidalaşın... - Südün İNANILMAZ FAYDALARI

Tərkibi kalsium və dəmirlə zəngin olan süd mütəmadi istifadə edildikdə orqanizmə inanılmaz fayda verir. Qadınların ən çox diqqət etdiyi məqam olan arıqlamağa kömək edir, artıq yağları yandırır. Ailem.az südün bilmədiyiniz faydalarını  diqqətinizə çatdırır.

 

Gündə 3 stəkan süd 


Süd tərkibindəki kalsium, dəmir, maqnezium, minerallar və B6, B12, A, C, D vitaminləri ilə demək olar ki, möcüzəvi bir qidadır. Süd tərkibində karbohidrat, yağ və proteinin bir yerdə olduğu yeganə qida növüdür. Bu isə süd içməyimizin nə qədər orqanizmə faydalı olmasının bariz nümunəsidir.

Əgər hansısa problem yoxdursa, gündə içəcəyiniz 3 stəkan süd yağlarınızı yandırmağa kömək edəcək.

 

Darçınlı süd  



Südü darçınla bərabər içmək çox xeyirdir. Aparılan bəzi araşdırmalar darçınlı südün bel nahiyəsindəki yağlanmaya qarşı çox təsirli olduğunu müəyyənləşdirib. Yatmazdan qabaq darçınlı süd içə bilərsiniz. Bundan əlavə, südə bir çay qaşığı qəhvə də əlavə etmək metabolizmanın sürətini artırır.

Mütəmadi olaraq günorta naharında südü, meyvə və ya yulafla yemək qarın nahiyəsindəki yağın yanmasını sürətləndirir.

 

İdmandan sonra süd içmək  


İdmandan sonra lazım olan proteinləri qazanmaq üçün süd içmək məsləhətdir. Südün tərkibində olan proteinlər idman zamanı itirilən əzələ kütlələrinin bərpası üçün olduqca faydalıdır. Süd sümüklərin qırılmasının qarşısını alır və onları qüvvətləndirir. Xüsusilə qadınların menstruasiya dövründə osteoporoz riskinin aşağı olması üçün gündə ən az 3 dəfə süd və süd məhsulları yeməsi vacibdir.

 

Həzm və dəri sağlamlığı üçün süd için 



Normal çalışan bir həzm sistemi üçün süd əhəmiyyətli qidalardan biridir. Hər gün lazimi miqdarda süd içmək mədə və bağırsaq problemlərini həll edir. Mədədə yaranan qıcqırma, ya da acılıq hissinə qarşı yaxşı təsir göstərir. Tərkibindəki mineral və vitaminlərlə dərini gözəlləşdirir, təzələyir və qocalmanı gecikdirir. Orqanizmi lazım olan D vitamininin əhəmiyyətli bir qismini də təmin edir.

 

Yağlı südü çox içmək piylənməyə səbəb olurmu?
 

Her şeyin artığı zərərli olduğu kimi, südün çox içilməsi də zərərli ola bilər. Çox içilən südün proteini böyrəklərdə kalsium daşları yarada və çox yağlanma ilə piylənməyə səbəb ola bilər.

Südü xoşlamayan şəxslər isə ayran, ya da kefir içə bilərlər. 

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017