İlk dəfə 60 yaşında evlənən azərbaycanlı bəy və gəlinlər... - MARAQLI STATİSTİKA

Dövlət Statistika Komitəsinin 2016-cı ildə evlənən bəy və gəlinlərin nikah vəziyyətinə dair məlumatında maraqlı məqamlar üzə çıxıb. 

 

Ailem.az modern.az-ın məlumatına əsasən bildirir ki, ötən il ölkədə 66771 nikah qeydə alınıb. Məlum olub ki, ailə quranlardan 61566 kişi və 64250 qadın hec vaxt nikahda olmayanlardır.

Ötən il 4502 boşanmış kişi və 2353 boşanmış qadın yenidən nikaha girərək, ailə qurublar. 

Yeni ailə quranlar arasında dullar da az deyil. Belə ki, 703 dul kişi və 168 dul qadın da ötən il nikaha girərək, yeni ailə quranlar sırasına daxil olub.

Maraqlıdır ki, boşandıqdan sonra yenidən ailə quran kişilərdən 228-i, dul qaldıqdan sonra evlənən kişilərin isə 237-si yaşı 60-dan yuxarı olan qocalardır.

Boşandıqdan sonra yenidən ailə quran 60 yaşdan yuxarı qadınların sayı 71, dul qalandan sonra ərə gedən ağbirçəklərin sayı isə 10 nəfər olub.

Qocalarla bağlı daha bir maraqlı məqam: Ötən il 174 kişini ilk dəfə 60 yaşından sonra evləndiriblər. Eyni zamanda ata evində qarımış 60 qadın da ilk dəfə 60 yaşdan sonra ərə verilib. 

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017