Kənan M.M-in müğənni xanımı: "Heç bir qüvvə ailəmi dağıda bilməz"

“Dünyaya meydan oxuyan bir səsə malik sənətçi də olsam, heç vaxt ailəmi sənətə qurban vermərəm”.

 

Ailem.az axşam.az-a istinadən bildirir ki, bu barədə müğənni Aygün Mahmudova “ATV maqazin onlarla”ya açıqlamasında deyib. 

 

“9 ildir sənətimdən uzaqlaşmışdım. Şükürlər olsun, 3 övladım, ailəm, həyat yoldaşım var. Baxıram ki, həm işi bacarıram, həm də ailəni idarə etməyi. Bir az uşaqlara görə işlərimi vaxtında görə bilmirdim. Amma indi qızım böyüyüb. Bəziləri dözə bilmir, ailəni dağıdır, bəziləri də deyir, hər şey ailəmə qurban olsun. Heç bir qüvvə ailəmi dağıda bilməz. Heç bir qüvvə sevən, güclü müqəddəs ailəni parçalaya bilməz. Dünyaya meydan oxuyan bir səsə malik sənətçi də olsam, heç vaxt ailəmi sənətə qurban vermərəm. Bu gün mənim həyat yoldaşım qadağa qoysa ki, oxumursan, mən hər şeyi ona qurban verərəm. Mənim üçün bu, həyatda ən müqəddəs gözəl ailəm, həyat yoldaşım, ailəmin başçısıdır. Kənan o qədər saf, alicənab ailəsini sevən, ürəyi təmiz adamdır ki, o həmişə deyir, insanı qəfəsdə saxlamaq olmaz. Dar düşüncəli olmaq lazım deyil. Dar düşüncəli insanların ailəsində problemlər yaranır. Namuslu, qeyrətli biri heç vaxt yolunu aza bilməz”.

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017